Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Kopenhagen”lə üz-üzə gələcək

Xəbərlər
1 Oktyabr 2025 09:17
47
Çempionlar Liqası: “Qarabağ” bu gün Bakıda “Kopenhagen”lə üz-üzə gələcək

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda II turda Bakıda Danimarkanın “Kopenhagen” klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

"Qarabağ" və "Kopenhagen" artıq avrokuboklarda 5-ci dəfədir ki, qarşılaşacaqlar. İlk dəfə bu komandalar 1998-ci ilin yayında - o vaxt UEFA-nın Kuboklar kuboku adlanan yarışında üz-üzə gəlib və skandinaviyalılar hər iki matçda böyük hesabla qələbə qazanıb - evdə 6:0, səfərdə 4:0.

Komandaların 2017-ci ildə ÇL-in pley-off mərhələsindəki qarşılaşmalarda isə "Qarabağ" üstün olub. Bakıda 1:0 hesabı ilə qalib gələn Ağdam təmsilçisi səfərdə uduzsa da (1:2), o vaxtkı səfər qolu qaydası sayəsində tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
II tur
1 oktyabr

20:45. "Qarabağ" (Azərbaycan) – "Kopenhagen" (Danimarka)
Baş hakim:
Serdar Gözübüyük
Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, “Qarabağ” I turda Portuqaliyada “Benfika”nı məğlub edib - 3:2. “Kopenhagen” isə evdə Almaniyanın “Bayer 04” komandası ilə heç-heçə edib - 2:2.

İdman.biz