Misli Premyer Liqasında mübarizə aparan “Karvan-Yevlax” Birinci Liqa klubundan futbolçu transfer edib.
İdman.Biz “Report”a istinadən xəbər verir ki, Yevlax təmsilçisi “Mingəçevir”in yarımmüdafiəçisi Samir Abdullayevlə cari mövsümün sonuna qədər müqavilə imzalayacaq.
Bununla kifayətlənmək istəməyən komanda qış fasiləsində ən azı bir əcnəbi futbolçunu da sıralarına cəlb etməyi planlaşdırır.
Qeyd edək ki, komanda qış fasiləsində “Turan Tovuz”dan ayrılan Veysəl Rzayev və müqavilə ilə “Sabah”a məxsus olan, lakin “Turan Tovuz”da çıxış edən Abdulla Rzayevi sıralarına qatmaq istəsə də, hər iki keçid baş tutmayıb.
