“Dünən təsnifat yarışları olmuşdu. Bu gün komanda finalında çıxış etdik. Sevindirici haldır ki, həm qızlar, həm də oğlanlar arasında finalda təmsil olunduq”.
İdman.biz-in məlumatına görə bunu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə jurnalistlərə açıqlamasında deyib.
“Qızların yarışında istədiyimiz nəticələri əldə etməsək də, oğlanlar bizi sevindirdilər. Azərbaycana gümüş medal qazandırdılar. Beş proqram üzrə finalda mübarizəyə davam edəcəyik. İnanıram ki, idmançılarımız layiqli çıxış edəcəklər. Şəki camaatını gimnastika yarışlarına dəvət edirəm, onları Azərbaycan idmançılarına dəstək olmağa çağırıram”, - o, bildirib.
Qeyd edək ki, III MDB Oyunlarında gimnastika yarışlarına oktyabrın 8-də yekun vurulacaq.
