III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - YENİLƏNİB + FOTO

Xəbərlər
2 Oktyabr 2025 18:37
56
III MDB Oyunları: Azərbaycan gimnastları gümüş medal qazanıb - YENİLƏNİB + FOTO

Batut gimnastikası üzrə Azərbaycanın kişilərdən ibarət komandası III MDB Oyunlarında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, yığma ümumilikdə 170.460 xal toplayaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Belarus 187.560 xalla qızıl, Rusiya 169.780 xalla bürünc mükafat qazanıb.

Qeyd edək ki, batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.

17:09

III MDB Oyunlarında batut gimnastikası üzrə qarışıq komanda yarışları başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın qalibi 169.350 xalla Belarus yığması olub.

Rusiya komandası ikinci (167.750 xal), Türkiyə gimnastları isə üçüncü (157.330 xal) yer tutub.

120.860 xal toplayan Azərbaycan gimnastları isə mükafatçılar sırasına düşə bilməyib.

16:36

III MDB Oyunlarının gimnastika yarışlarında sinxron proqramda finala yüksələn Azərbaycan gimnastları müəyyənləşib.

İdman.biz xəbər verir ki, sinxron proqramda kişilər arasında Maqsud Mahsudov və Hüseyn Abbasov, qadınlarda Şəfiqə Hümbətova və Selcan Mahsudova, qarışıq sinxron proqramda isə Selcan Mahsudova və Maqsud Mahsudov həlledici mərhələdə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün keçiriləcək final mərhələsində ölkəmizi qadınların fərdi proqramında Selcan Mahsudova, komanda yarışlarında isə Selcan Mahsudova, Şəfiqə Hümbətova və Vəfa Əlisultanova, kişilər arasında isə Maqsud Mahsudov, Hüseyn Abbasov və Nicat Mirzəyev təmsil edəcək.

Qeyd edək ki, batut gimnastikası yarışlarına oktyabrın 3-də yekun vurulacaq.

İdman.biz