AFFA-nın təşkilatçılığı ilə Bakıda futzal üzrə beynəlxalq turnir təşkil olunacaq.
İdman.biz xəbər verir ki, yarış Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq.
Turnirdə 19 yaşadək futzalçılarından ibarət 3 - Azərbaycan, Belarus və Mərakeş milli komandaları mübarizə aparacaq.
Qeyd edək ki, turnir noyabrın 26-30-da Bakı İdman Sarayında olacaq.
İdman.biz