PFL Azərbaycan kubokunu qazanıb - FOTO/VİDEO

Xəbərlər
5 İyun 2025 15:17
159
PFL Azərbaycan kubokunu qazanıb - FOTO/VİDEO

Futzal üzrə Azərbaycan Kubokunun final oyunu keçirilib.

İdman.biz xəbər verir ki, həlledici qarşılaşmada "Araz-Naxçıvan" və PFL klubları üz-üzə gəlilər.

Qarşılaşma Peşəkar Futbol Liqasının komandasının qələbəsi ilə yekunlaşıb. Hesabda geri düşən "Araz-Naxçıvan" status-kvonu bərpa etsə də (1:1), ardınca qapısından 6 top buraxıblar. Nəticədə 7:1 hesablı ilə qalib gələn PFL Azərbaycan kubokunu qazanıb.

Azərbaycan Kuboku
Final
5 iyun
14:00. "Araz-Naxçıvan" – PFL - 1:7
Hakimlər:
Knyaz Əmiraslanov, Rza Məmmədov, Anar Fərəcov
Olimpik Star

Qeyd edək ki, başa çatan mövsümdə "Araz-Naxçıvan" Yüksək Liqanın qalibi olub, PFL I Liqada ikinci yeri tutub.

İdman.biz