Azərbaycan çempionatında 22:0 hesabı

Xəbərlər
8 May 2025 17:41
47
Azərbaycan çempionatında 22:0 hesabı

Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasında nadir təsadüf olunan hesab qeydə alınıb.

İdman.biz xəbər verir ki, bu, XVII turun bu gün keçirilən “Yasamal Bakı” – “Araz-Naxçıvan” matçında baş verib.

Nominal qonaqlar 22:0 hesablı qələbə qazanıblar. İlk yarıda 6 qola sevinən Naxçıvan təmsilçisi fasilədən sonra daha 16 dəfə fərqlənib. Komandanın bombardiri Amirhossein Rasouli 7 qola imza atıb.

Bu komandaların əvvəlki üç matçında da məhsuldarlıq yüksək olub. Naxçıvan təmsilçisi bu görüşlərdə 13:0, 21:2 və 20:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, 17 oyunda 43 xal toplayan “Araz-Naxçıvan” çempionatın lideridir.

İdman.biz