Yığmamız Qazaxıstana uduzub - VİDEO

Xəbərlər
11 Oktyabr 2023 19:44
254
Yığmamız Qazaxıstana uduzub - VİDEO

Futzal üzrə Azərbaycan yığması DÇ-2024-ün elit mərhələsinin son oyununda uduzub.

İdman.biz saytı xəbər verir ki, millimiz səfərdə Qazaxıstan komandasına məğlub olub.

Futzalçılarımız oyunun startında 2:0 hesabı ilə önə keçsələr də, üstünlüyü qoruya bilməyiblər. Fasiləyədək “status-kvo”nu bərpa edən meydan sahibləri 22-ci dəqiqədə qələbə topunu vurublar. Qarşılaşma Qazaxıstan yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra yığmamız dünya çempionatının final mərhələsinə yüksəlmək şansını çətinə salıb. Dörd oyundan sonra hesabında 3 xalı olan komanda turnir cədvəlində üçüncü yerdə qərarlaşıb. Reqlamentə görə, qrup qalibləri və beş qrupda 2-ci yeri tutan ən yaxşı dörd komanda mundialda oynamaq hüququ qazanacaq.

DÇ-2024-ün elit-raund mərhələsi

Qazaxıstan – Azərbaycan - 3:2

Qollar: Leo, 12:32, Birjan Orozov, 17:16, Duqlas, 21:33 - Amadeu: 3:05, Qallo, 7:59

Qazaxıstan: 2. İqita (q, k), 6. Edson, 12. Dauren Tursaqulov, 14. Duqlas, 17. Birjan Orozov, 16. Narun Serikov (q), 8. Leo, 9. Albert Akbalıkov, 10. Çingiz Yesenamanov, 11. Arnold Knaub, 13. Rayımbek Juma, 15. Oizhas Taibassarov, 18. Akjol Daribay, 20. Rəsul Abdumanapuli

Baş məşqçi: Rikardo Kaka

Azərbaycan: 12. Rövşən Hüseynli (q), 6. Eduardo Borges, 9. Rafael Vilela, 13. Qallo, 14. Amadeu, 1. Emin Kürdov (q, k), 4. Murad Quluzadə, 10. Maneka, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 16. Xəzər Ağalızadə, 17. Amir Sojaei, 20. Qabriel Bastos
Baş məşqçi: Vitali Borisov

Astana, Jekpe Jek.

Komanda

O

Q

H/H

M

T/F

X

1

Qazaxıstan

4

4

0

0

13-7

12

2

Rumıniya

4

2

1

1

9-7

7

3

Azərbaycan

4

1

0

3

11-11

3

4

Niderland

4

0

1

3

3-11

1

İdman.biz