Azərbaycan millisinin heyətində dəyişiklik edilib

Xəbərlər
9 Oktyabr 2023 09:34
187
Azərbaycan millisinin heyətində dəyişiklik edilib

DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

İdman.biz xəbər verir ki, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb, əvəzində “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub.

Azərbaycan millisi oktyabrın 9-da Bakı-Astana hava reysi ilə səfərə çıxacaq. Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçının köməyindən istifadə edəcək:

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli.

Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei.

Qeyd edək ki, qarşılaşma oktyabrın 11-də Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

İdman.biz