Millimiz Gürcüstandan məğlub dönür

Xəbərlər
16 Aprel 2024 20:48
112
Millimiz Gürcüstandan məğlub dönür

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, yığmamız beynəlxalq yoldaşlıq oyununda Gürcüstanla qarşılaşıb.

Görüş Tbilisi İdman Sarayında baş tutub və yığmamızın Gürcüstan toplanışında ikinci sınağı olub. İki gün əvvəl rəqibinə uduzan Vitali Borisovun yetirmələri bu dəfə meydanı məğlub tərk ediblər. Fasiləyədək hesab açılmasa da, 2-ci hissədə gürcülər hesabı açıblar. Millimiz hesabı bərabərləşdirsə də, sona yaxın rəqib 2-ci dəfə fərqlənib - 2:1.

Qeyd edək ki, ilk matç Gürcüstan komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Yoldaşlıq oyunu
16 aprel

19:00. Gürcüstan – Azərbaycan - 2:1
Tbilisi İdman Sarayı

İdman.biz

Məqalədə: