Futzal üzrə Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

21 İyul 2026 17:17
211
Futzal üzrə Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb

Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı 12-ci qrupun oyunlarının təqvimi açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, yığma ilk matçını oktyabrın 16-da səfərdə Çexiyaya qarşı keçirəcək.

Noyabrın 5-də bu komanda ilə evdə qarşılaşacaq Azərbaycan millisi 3 gün sonra Latviya seçməsini qəbul edəcək. Yığmamız 2027-ci il fevralın 27-də isə Latviya ilə səfərdə üz-üzə gələcək.

İdman.Biz