Azərbaycan millisi bu gün təlim-məşq toplanışına başlayıb.
İdman.Biz-ə Azərbaycan Futzal Federasiyasından verilən məlumata görə, yığma üzvləri səhər və axşam olmaqla, günü iki məşqlə başa vurublar.
Komanda aprelin 7-dək hazırlığı Bakıda davam etdirəcək. Heyətə dəvət olunan futzalçılardan Ülvi Əliyevin yüngül zədəsi var. Bu gün fərdi məşq edən futzalçı sabahdan kollektiv çalışmalara qoşulacaq.
Qeyd edək ki, millimiz aprelin 8-də Tbilisiyə səfər edəcək, ertəsi gün və ayın 11-də Gürcüstan yığması ilə iki oyun keçirəcək.
