Azərbaycanlı hakim-inspektor dünya çempionatının ilkin mərhələ oyunlarına təyinat alıb

3 Aprel 2026 13:08
180
Azərbaycanlı hakim-inspektor dünya çempionatının ilkin mərhələ oyunlarına təyinat alıb

Futzal üzrə beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb.

İdman.Biz xəbər verir ki, o, dünya çempionatının ilkin mərhələsinin oyunlarında hakimlərin işini qiymətləndirəcək.

E.Səmədli aprelin 9-dan 12-dək Litvanın Druskininkai şəhərindəki idman sarayında keçiriləcək matçlar zamanı iş başında olacaq.

Qeyd edək ki, C qrupunda meydan sahibi Litva ilə yanaşı, Şimali İrlandiya, Bolqarıstan və Türkiyə milliləri yer alıb.

İdman.Biz
Məqalədə: