Futzal üzrə Yüksək Liqada 16-cı turun bir oyunu keçirilib, digər ikisi isə baş tutmayıb.
İdman.Biz xəbər verir ki, günün ilk matçında “Neftçi” İK “Lənkəran”la üz-üzə gəlməli olsa da, qarşılaşma reallaşmayıb.
“Lənkəran” komandası Azərbaycan Futzal Federasiyasına rəsmi müraciət edərək, növbəti oyunlarda iştirak edə bilməyəcəyini bildirib. Əsasnaməyə uyğun olaraq, bölgə təmsilçisi çempionatın oyunlarının 50 faizindən çoxunda iştirak etdiyinə görə, lider “Neftçi” İK-in hesabına 3 xal yazılıb.
Keçirilən qarşılaşmada isə “Araz-Naxçıvan” “Baku Fire”ni 5:1 hesabı ilə məğlub edib.
Bundan başqa, “Şuşa” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə U-19-la görüş keçirilməyib. Bu matçın nəticəsi ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.
