AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

26 Mart 2026 17:21
71
AFFA İntizam Komitəsi iki komandaya texniki məğlubiyyət verib

Futzal üzrə Yüksək Liqada çıxış edən “Lənkəran” komandası texniki məğlubiyyət alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Bölgə təmsilçisi 15-ci turda U-19 kollektivi ilə oyuna təyin olunan vaxtda gəlmədiyi üçün bu halla üzləşib. Bu səbəbdən “Lənkəran”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Eyni hal futzal üzrə birinci liqada da yaşanıb. “Atletiko Baku” PFL-lə görüşə təyin olunan vaxtda getmədiyi üçün 0:5 hesablı texniki məğlubiyyət alıb.

İdman.Biz