Futzal millisinin toplanışı olacaq

22 Mart 2026 11:35
189
Futzal millisinin toplanışı olacaq

Futzal üzrə Azərbaycan milli komandasının martın 23-dən 26-dək Bakıda təlim-məşq toplanışı keçiriləcək.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Hazırlıq prosesinə dəvət olunan 18 futzalçını təqdim edirik:

Qapıçılar: Rövşən Hüseynli (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire), Pünhan Qasımov (U-19).

İdman.Biz