Futzal üzrə Azərbaycan Yüksək Liqasında 14-cü turun oyunları keçirilib.
İdman.Biz xəbər verir ki, ilk matçda lider “Neftçi” ilə medallara iddialı “Baku Fire” qarşılaşıb.
Matç 5:3 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb.
İkinci oyunda U-19 “Araz-Naxçıvan”a məğlub olub – 0:6.
Üçüncü görüşdə isə “Şuşa” və “Lənkəran” rastlaşıblar. Matç “Şuşa”nın böyükhesablı qələbəsi ilə başa çatıb – 14:1.
