Futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Tbilisi İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, görüşlər aprelin 9-da və 11-də baş tutacaq.
