Yüksək Liqa: 11-ci turun oyunlarına təyinatlar açıqlanıb

17 Fevral 2026 19:14
125
Yüksək Liqa: 11-ci turun oyunlarına təyinatlar açıqlanıb

Futzal üzrə Yüksək Liqada 11-ci turun oyunlarına təyinatlar açıqlanıb.

İdman.Biz bildirir ki, tura fevralın 19-da start veriləcək.

Tur “Neftçi” - “Lənkəran” matçı ilə başlayacaq. Oyunu Hidayət Feyzullayev idarə edəcək. Turun son - “U-19” - “Şuşa” qarşılaşması isə Hikmət Qafarlıya həvalə edilib.

Azərbaycan Yüksək Liqası
11-ci tur
Neftçi İK – Lənkəran
19 fevral. Olimpik Star. Saat 14:00
Hakimlər: Hidayət Feyzullayev, İmran Məhərrəmov, Elgün Hüseynov
Hakim-inspektor: Murad Məmmədov

Baku Fire – Araz-Naxçıvan
19 fevral. Olimpik Star. Saat 16:00
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Ramil Namazov
Hakim-inspektor: Əfqan Həmzəyev

U-19 – Şuşa
21 fevral. Olimpik Star. Saat 14:30
Hakimlər: Hikmət Qafarlı, Rza Məmmədov, Mahir Məmmədov
Hakim-inspektor: Azad Hüseynov

İdman.Biz