İspaniya millisi futzal üzrə Avropa çempionatının qalibi olub

8 Fevral 2026 01:10
148
İspaniya millisi futzal üzrə Avropa çempionatının qalibi olub

İspaniya milli futzal komandası Litva, Latviya və Sloveniyada keçirilən 2026-cı il Avropa çempionatının qalibi olub.

İdman.Biz xəbər verir ki, Sloveniyanın Lyublyana şəhərində keçirilən final matçında İspaniya futzal komandası Portuqaliyanı 5:3 hesabı ilə məğlub edib.

İspaniya millisində Antonio het-trik edib, digər qolları Rayya və Adolfo vurublar. Portuqaliyada Afonsu Jezuş, Ruben Qoyş və Pauleta qol vurublar. Portuqaliya ardıcıl iki dəfə - 2018 və 2022-ci illərdə Avropa çempionatının qalibi olub.

Xorvatiya Avropa çempionatında üçüncü yeri tutub. Bürünc medal uğrunda görüşdə xorvatlar Fransanı məğlub ediblər. Oyunun əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa çatıb, Xorvatiya penaltilərdə (6:5) qalib gəlib.

İdman.Biz