“Araz-Naxçıvan” sabiq oyunçusunu yenidən transfer edib

4 Fevral 2026 11:00
87
“Araz-Naxçıvan” sabiq oyunçusunu yenidən transfer edib

“Araz-Naxçıvan” futzal klubu sabiq oyunçusu Amirhossein Rasoulini yenidən heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan”dan bildirilib.

İranlı futzalçı ötən il də Naxçıvan təmsilçisinin formasını geyinib.

Qeyd edək ki, “Araz-Naxçıvan” hazırda 25 xalla Azərbaycan Yüksək Liqasının turnir cədvəlinə başçılıq edir.

İdman.Biz