“Araz-Naxçıvan” heyətini yeni futzalçı ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan”dan bildirilib.
Braziliyalı Elan Delon Pereyra da Silva ilə müqavilə imzalanıb.
24 yaşlı oyunçu karyerası ərzində ölkəsinin "Pumas-SE", "Uniao Bahia-BA" klubları ilə yanaşı, Avstriyanın "Göfis" və Tacikistanın "Soro Kompaniya" komandalarında da çıxış edib.
