Futzal üzrə Azərbaycan kubokunda 1/8 finalın püşkü atılacaq

28 Yanvar 2026 12:09
98
Futzal üzrə Azərbaycan kubokunda 1/8 finalın püşkü atılacaq

Fevralın 3-də futzal üzrə Azərbaycan kubokunun 2025-2026-ci il mövsümünün püşkü atılacaq.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bildirilib ki, püşkatma mərasimi AFFA-nın inzibati binasında, saat 12:00-da başlayacaq.

Qeyd edək ki, 1/8 final mərhələsində 16 komanda – PFL, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Şuşa”, U-19, “Lənkəran”, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Xan-Lənkəran”, “Dəstə Ordubad”, “Trabzon Azərbaycan”, “Ulduz” və “Atletiko Baku” iştirak edəcəklər. Hər mərhələ bir görüşdən ibarət olacaq.

İdman.Biz