Futzal millimiz yoldaşlıq oyununda uduzub - FOTO

22 Yanvar 2026 21:04
130
Futzal millimiz yoldaşlıq oyununda uduzub

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirib.

İdman.Biz bildirir ki, yeni ildə ilk matçına çıxan komanda Bakı İdman Sarayında Danimarka yığmasını qonaq edib.

5-ci dəqiqədə danimarkalı Rasmus Filipsen hesabı açıb. Fasiləyə komandalar bu hesabla yollanıb.

İkinci hissədə, 27-ci dəqiqədə Nihad İsmayılov hesabı bərabərləşdirib. 32-ci dəqiqədə danimarkalılardan Kasper Rasmussen qonaqları irəli çıxarı. 37-ci dəqiqədə Hans Riken üçüncü qolu Azərbaycan millisinin qapısından keçirib. 40-cı dəqiqədə isə Niklas Fuhs-Kristiansen hesabı yeniləyib – 1:4. Görüş bu hesabla Danimarkanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyun yanvarın 24-də, saat 16:00-da, Bakı İdman Sarayında keçiriləcək.

İdman.Biz