“Danimarka ilə qarşılaşmağımız bizim üçün yaxşı fürsətdir”.
İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, komanda artıq məşqlərə başlayıb.
“Dünəndən məşqlərə başlamışıq. Danimarka ilə iki oyun keçirəcəyik ki, bu da bizim üçün yaxşı fürsətdir. Çünki payızda dünya çempionatının seçmə oyunlarında iştirak edəcəyik. Komandanın tam formalaşması, gənc oyunçuların təcrübə qazanması baxımından Danimarka ilə qarşılaşmalar önəmlidir. Komandamızda yeni futzalçılar az deyil. Millinin potensialı var, sadəcə bir qədər zaman lazımdır. Əlbəttə, dünya çempionatında da yaxşı nəticələr qazanmalıyıq”, - deyə Azərbaycan futzal millisinin kapitanı deyib.
