Futzal üzrə Azərbaycan millisinin Danimarka yığması ilə keçirəcəyi yoldaşlıq matçlarını idarə edəcək hakimlər müəyyənləşib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.
Yanvarın 22-də saat 19:00-da start götürəcək görüşü Əli Cəbrayılov, İmran Məhərrəmov və Ramil Namazov idarə edəcəklər.
Yanvarın 24-də saat 16:00-da başlayacaq qarşılaşmaya isə Knyaz Əmiraslanov, Rza Məmmədov və Anar Fərəcov təyinat alıblar.
