Millimiz Niderlanda iki dəyişikliklə yollanacaq

Xəbərlər
17 Dekabr 2023 16:23
403
Millimiz Niderlanda iki dəyişikliklə yollanacaq

Azərbaycan futzal yığması DÇ-2024-ün elit-raundunda son oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Niderlandla qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Baş məşqçi Vitali Borisov Rumıniya ilə görüşdən sonra iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Emil Həsənzadə və son qarşılaşamada zədələnən Amadeunu səfərə aparılmayacaq. Onları Neftçi”dən Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borges əvəz edəcək.

Millinin heyəti:
Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov
Oyunçular: Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov

Qeyd edək ki, Niderland – Azərbaycan görüşü dekabrın 20-də keçiriləcək.

İdman.biz