Vətən müharibəsi şəhidlərinin ailə üzvləri "Formula 1" yarışına dəvət olunublar - FOTO

Xəbərlər
20 Sentyabr 2025 18:25
32
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri "Formula 1" yarışına dəvət olunublar - FOTO

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisinə dəvət olunublar.

İdman.biz xəbər verir ki, minlərlə azarkeşin canlı izlədiyi turnirdə II Qarabağ müharibəsində tarixi qələbəni yaşadan qəhrəman şəhidlərin ailə üzvləri və qazilər də fəxri qonaq qismində tribunalarda yer alıblar.

Həmçinin, balaca "Formula 1" həvəskarları bulvar boyunca təşkil olunan əyləncələrdə iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

İdman.biz