“Formula 1”in son çempionu və “McLaren” pilotu Lando Norris 2027-ci il mövsümündə məşhur “Le-Manın 24 saatı” marafonunda çıxış etməyəcək.
İdman.Biz xəbər verir ki, Norrisin dözümlülük yarışlarında(uzunmüddətli avtomobil yarışı) mümkün debütünə maraq onun “McLaren”in gələn mövsümdən Dözümlülük üzrə Dünya Çempionatında (WEC) çıxış edəcək yeni MCL-HY hiperkarını test etməsindən sonra yaranıb.
Madriddəki İspaniya Qran-prisindən sonra britaniyalı sürücü Portuqaliyaya yollanıb və Portiman avtodromunda avtomobilin sınaqlarında iştirak edib.
Bununla belə, 2027-ci il “Formula 1” təqvimi “Le-Manın 24 saatı” yarışının keçiriləcəyi tarixlərlə (9-13 iyun) kəsişmir. Nəzəri olaraq, bu, Norrisə marafonda iştirak etmək imkanı verirdi, lakin bunun üçün təşkilatçıların xüsusi icazəsi tələb olunardı.
Buna baxmayaraq, mənbə təsdiqləyir ki, “Formula 1”in son çempionu 2027-ci ildə “Le-Manın 24 saatı” yarışının startına çıxmayacaq.
