Azərbaycandakı yarışın fərqli olacağına dair heç bir işarə yoxdur.
İdman.biz "Report"a istinadən xəbər verir ki, bunu "Formula-1" üzrə dünya çempionatında çıxış edən "Maklaren" komandasının pilotu Oskar Piastri Bakıdak yarışdan əvvəl mətbuat konfransında deyib.
O, həftəsonu yaxşı mübarizə aparmağa çalışacaqlarını söyləyib:
"Komanda daxilində yaxşı müzakirələrimiz olub. Bir çox məsələləri aydınlaşdırmışıq. Necə yarışacağımızı dəqiq bilirik. Bu da ən vacib şeydir".
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında keçiriləcək.
İdman.biz