“Red Bull” komandasının yeni üzvü, fransız pilotu İsak Hacar yeni qaydalara əsasən komandanın potensial test problemləri barədə danışıb.
İdman.Biz bildirir ki, Avstriya komandası ABŞ-ın Detroyt şəhərində Ferstappen və Hacarın bu mövsüm sürəcəkləri avtomobillərin yeni livreyalarının təqdimatını keçirib.
“Mühərrik partlaya bilər. Buna bənzər bir şey. Görəcəyik, amma etməliyik... Çox da əmin ola bilmərik. Planlaşdırılmamış bir şey baş verə bilər, ona görə də sakit qalmaq vacibdir”, - deyə GPBlog Hacardan sitat gətirir.
