Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoun "Maklaren" komandasının rəhbərliyinin avstraliyalı pilot Oskar Piastriyə İtaliya Qran Prisinin sonunda ikinci yeri britaniyalı komanda yoldaşı Lando Norrisə geri qaytarmaq əmrinə sərt reaksiya verib.
İdman.biz bildirir ki, Ekklstoun komandanın rəhbərliyini ədalətsizlikdə günahlandırıb.
"Onlar həmişə ədalətdən danışırlar. Ancaq Piastrinin komanda səhvinə görə cəzalandırılması ədalətlidirmi? Xeyr. Belə bir hiss var ki, komanda Lando Norris adlı F1 çempionuna üstünlük verir. Yavaş pit-stoplar, mühərrik və asma nasazlıqları kimi səhvlər daha az yayılmış ola bilər, lakin bunlar idmanın bir hissəsidir", - Ekklstoun deyib.
İdman.biz