Maks Ferstappendən 5-ci qələbə

Xəbərlər
19 May 2024 19:07
135
Maks Ferstappendən 5-ci qələbə

“Formula-1” üzrə dünya çempionatıında 7-ci mərhələ keçirilib.

İdman.biz xəbər verir ki, İtaliyada təşkil olunan Emiliya-Romanya Qran-prisində Maks Ferstappen qalib gəlib.

“Red Bull” pilotu 63 dövrəlik yarışı 1-ci pillədə başa vurub. Niderlandlı sürücü Lando Norris (“Maklaren”) və Şarl Lekleri (“Ferrari”) arxada qoyub. Maks kiçik fərqlə Norrisi qabaqlayıb.

Ferstappen mövsümdə 5-ci qələbəsini qazanıb. Hesabında 161 xal olan sürücünü Lekler (113 xal) və komanda yoldaşı Serxio Peres (107 xal) izləyir.

Emiliya-Romanya Qran-prisi

1. Maks Ferstappen (“Red Bull”) — 63 dövrə.
2. Lando Norris (“Maklaren”) +0.725
3. Şarl Lekler (“Ferrari”) +7.916
4. Oskar Piasti (“Maklaren”) +14.132
5. Karlos Sayns (“Ferrari”) +22.325
6. Lyuis Hemilton (“Mersedes”) +35.104
7. Corc Rassell (“Mersedes”) +47.154
8. Serxio Peres (“Red Bull”) +54.776
9. Lens Stroll (“Aston Martin”) +1:19.556
10. Yuki Tsunoda (“RB”) +1 dövrə

İdman.biz