Alonso Ferstappenə komanda yoldaşı ola bilər

Xəbərlər
25 Mart 2024 20:32
Alonso Ferstappenə komanda yoldaşı ola bilər

“Formula-1” pilotu Fernando Alonsonun 2025-ci ildə “Red Bull”da çıxış etməsi gözlənilir.

İdman.biz xəbər verir ki, Avstriya komandasının rəhbərinin onun nümayəndələri ilə danışıqlar apardığı bildirilib.

Kristian Horner "Aston Martin"də çıxış edən Alonsunun yaxın dostu və meneceri Flavio Briatore ilə görüşdüyü məlumatları yayılıb. İspaniyalı sürücünün 2025-ci ildə 3 qat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olması ehtimal edilir.

Qeyd edək ki, hazırda "Red Bull"da Ferstappenlə bərabər Serxio Peres çıxış edir. İki dəfə dünya çempionu olan Alonso növbəti mövsümdə onu əvəz edə bilər.

İdman.biz