10-cu yubiley Azərbaycan Qran-Prisi başa çatıb. Marşallar üçün gərgin iş günü isə finiş bayrağının dalğalanması ilə yekunlaşıb.
İdman.Biz xəbər verir ki, Bakı Şəhər Halqasında 1100 marşal yarış boyunca öz postlarında hazır dayanaraq trekdə baş verən insidentlərə saniyələr ərzində müdaxilə edib.
Sərbəst yürüşlərdən əsas yarışa qədər marşalların çevik reaksiyası və koordinasiyalı işi yarışın təhlükəsiz və mütəşəkkil keçirilməsində mühüm rol oynayıb.
Pilotlar 51 dövrəlik mübarizədə finişə çatmaq üçün yarışarkən, marşalların diqqəti daim trekdə olub. Bolidlər finiş xəttini keçdikdən sonra isə marşallar daha bir Azərbaycan Qran-Prisini təhlükəsiz şəkildə başa vurublar.
