Corc Rassell: “Komanda ilə həqiqətən qürur duyuram”

26 Sentyabr 2026 17:54
57
Corc Rassell: “Komanda ilə həqiqətən qürur duyuram”

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell yarışdan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Rassell komandanın çıxışından məmnun olduğunu və həftəsonunun uğurlu keçdiyini bildirib.

“Komandanı təbrik etmək istəyirəm, onlarla həqiqətən qürur duyuram. Yarışın ilk hissəsi çox rahat keçdi. Sonlara yaxın inanılmaz sürət nümayiş etdirdik. Finiş xəttinə qədər Maks Ferstappenlə mübarizə aparırdıq. Ümumilikdə inanılmaz həftəsonu oldu”.

İdman.Biz