İsak Hacar Azərbaycan Qran-prisindəki uğurundan danışdı

26 Sentyabr 2026 17:58
91
İsak Hacar Azərbaycan Qran-prisindəki uğurundan danışdı

“Formula-1” üzrə Azərbaycan Qran-prisində üçüncü yeri tutan “Red Bull” komandasının fransalı pilotu İsak Hacar yarışdan sonra fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, pilot zədədən sonra mübarizəyə qayıdaraq çempionatda ilk rəsmi podiumunu qazandığı üçün xoşbəxt olduğunu bildirib.

“Çox xoşbəxtəm. Zədələnəndən bəri 6 uzun həftə keçmişdi. Qayıtmaq üçün doğru zaman idi. Bu həftəsonu addım-addım irəliləməli idim, çünki bura tez-tez səhvlər edə biləcəyin bir trasdır. İnamımı bərpa etmək üçün tələsmədim və bu taktika işə yaradı. Çempionatda ilk rəsmi podiumumu qazandığım üçün çox şadam.

Bütün yarış boyunca biləyimdə narahatlıq hiss etdim. Bir az keyimə hissi olsa da, ciddi deyil. Qarşıda sıx yarış qrafiki var, buna görə də növbəti yarışları səbirsizliklə gözləyirəm”.

İdman.Biz