“Formula-1” üzrə dünya çempionu Lando Norris “McLaren”lə müqaviləsini 2030-cu ilədək uzadıb.
İdman.Biz xəbər verir ki, bunun şərəfinə komanda britaniyalı pilota 2025-ci il mövsümündə ilk çempionluğunu qazandığı “MCL39” bolidini hədiyyə edib.
Lando Norris həmçinin komandanın tarixində ən çox yarış keçirən pilot rekordçusudur.
İdmançı “McLaren”in heyətində 163 Qran-pridə iştirak edib.
