Melburnda qorxulu anlar: Maks Ferstappenin bolidi ciddi zədələnib - VİDEO

6 Mart 2026 14:02
123
Melburnda qorxulu anlar: Maks Ferstappenin bolidi ciddi zədələnib - VİDEO

“Formula-1” üzrə dünya çempionatının açılış mərhələsi olan Avstraliya Qran-prisində “Red Bull”un ulduzu Maks Ferstappen çətin anlar yaşayıb. İkinci sərbəst yürüşlər (FP2) zamanı dördqat dünya çempionunun bolidi trasdan kənara çıxaraq ciddi zədə alıb.

İdman.Biz xəbər verir ki, Albert Park trasının 12-ci döngəsində idarəetməni itirən Ferstappen çınqıllıq sahəyə daxil olub. Bu zaman RB22 bolidinin alt hissəsindən bəzi parçaların qoparaq ətrafa səpələndiyi müşahidə olunub. Hadisədən sonra niderlandlı pilot sessiyanı altıncı sırada tamamlaya bilib.

Komandanın mexanikləri qəzadan sonra boliddəki zədələrin miqyasını müəyyənləşdirmək üçün gərgin iş rejiminə keçiblər.

Xatırladaq ki, birinci sərbəst yürüşlərdə (FP1) Ferstappen “Ferrari” pilotları Şarl Lekler və Luis Hamiltondan geri qalaraq üçüncü olmuşdu. İkinci sessiyanın lideri isə yerli azarkeşlərin sevimlisi Oskar Piastri olub.

İdman.Biz