“Formula-1” üzrə dünya çempionatının təşkilatçıları Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin yerinin dəyişdirilməsi variantını nəzərdən keçirmirlər. Yaxın Şərqdə davam edən münaqişə fonunda yarışların başqa ölkəyə keçirilməsi deyil, birbaşa ləğvi gündəmdədir.
İdman.Biz xəbər verir ki, mövcud gərginlik davam edəcəyi təqdirdə hər iki mərhələnin təqvimdən çıxarılması ehtimalı yüksəkdir.
Hazırkı plana əsasən, Bəhreyn mərhələsi aprelin 10-dan 12-nə qədər, Səudiyyə Ərəbistanı Qran-prisi isə aprelin 17-dən 19-na qədər keçirilməlidir.

Təşkilatçılar hadisələrin gedişatını yaxından izləyir və təhlükəsizlik riskləri artacağı təqdirdə qəti qərarın veriləcəyi gözlənilir.
