Antonellinin qəzasının təfərrüatı yayıldı - FOTO

10 Fevral 2026 18:28
124
Antonellinin qəzasının təfərrüatı yayıldı - FOTO

“Formula-1” pilotu, “Mercedes”in gənc sürücüsü Andrea Kimi Antonellinin San-Marinoda keçirdiyi yol-nəqliyyat hadisəsinin detalları məlum olub.

İdman.Biz xəbər verir ki, hadisə Serravalle qəsəbəsi ərazisində, pilotun yaşadığı yerə yaxın nöqtədə baş verib. “San Marino RTV”nin məlumatına görə, idmançının idarə etdiyi “Mercedes” AMG GT 63 PRO markalı avtomobil şəhərə gedən yolda idarəetmədən çıxıb.

Maşın əvvəlcə yolun sağ tərəfində yerləşən dirəyə çırpılıb. Daha sonra avtomobil yolun mərkəzinə atılıb, iki dəfə maneəyə dəyib, istiqamətini yenidən dəyişərək divara çırpılıb.

Antonelli insidentdən xəsarətsiz çıxıb. Bu səbəbdən onun Bəhreyndə keçiriləcək mövsümöncəsi testlərdə iştirakı təhlükə altına düşməyəcək.

Qeyd olunur ki, sözügedən nəqliyyat vasitəsi Antonelliyə məhz “Mercedes” tərəfindən hədiyyə edilmişdi və bu barədə insidentdən cəmi beş gün əvvəl açıqlama verilmişdi. Avtomobilin dəyəri 240 min dollardır (408 min AZN).

İdman.Biz