“Ferrari” rəhbərliyi Luis Hemiltona xəbərdarlıq edib: sakitləşməsi tələb olunur

Xəbərlər
25 Noyabr 2025 15:47
46
“Ferrari” rəhbərliyi Luis Hemiltona xəbərdarlıq edib: sakitləşməsi tələb olunur

“Formula-1”də “Ferrari” komandasının heyətində yarışan Luis Hemilton Las-Veqas Qran-prisindəki zəif nəticədən sonra sərt reaksiya göstərib və mövsüm barədə kəskin fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, britaniyalı pilot Sin-Sitidə keçirilən mərhələdə sonuncu pillədən start alıb və əvvəlcə 10-cu yeri tutub, daha sonra isə “McLaren”in ikiqat diskvalifikasiyası səbəbindən nəticəsi səkkizinci yerə yüksəlib.

Yarışdan sonra Hemilton qəzəbini gizlətməyərək bildirib:
“Özümü dəhşət hiss edirəm. Bu, ən pis mövsümdür və daha da pisə gedir. Əlimdən gələni edirəm. Onun bitməsini səbirsizliklə gözləyirəm. Hətta növbəti mövsümü də səbirsizliklə gözləmirəm”.
“Ferrari”nin komanda rəhbəri Fred Vasser 40 yaşlı pilotun narazılığını başa düşsə də, fikirlərinin həddən artıq emosional olduğunu düşünür:
“P20-dən başlamaqla əlbəttə ki, işlər çətin olur. Amma yarışın ilk hissəsi kifayət qədər yaxşı idi. İkinci dövrədə orta tərkibli təkərlərlə bir qədər daha çox çətinlik yaşadıq. Gəlin sakit olaq. Maşından düşən kimi deyilən ilk fikirlər həmişə bir az çox olur və bu dəfə də belə oldu”.
Vasser Hemiltonun mövsümdən məyusluğunu anladığını desə də, bunun üzərində çox dayanmasını istəmir:
“Lüisin yarışdan dərhal sonra verdiyi reaksiyanı başa düşürəm. Amma bu hallarda sakitləşməliyik və qarşıdakı iki yarışa fokuslanmalıyıq. Nəzərə alın ki, Luis FP1 və FP2-də yaxşı temp nümayiş etdirmişdi. Həftəsonunu bu cür qurmalıyıq və əlbəttə ki, 20-ci yerdən başlamaq mövsümün qalanı üçün ən yaxşı yol deyil”.
“Formula-1” mövsümü 7 dekabrda Qətər və Əbu-Dabi Qran-prilərindən sonra başa çatacaq.

İdman.Biz