“Formula-1”in keçmiş rəhbəri Berni Ekklstoun hesab edir ki, Luis Hamilton artıq “Ferrari”də uğursuzluğa düçar olub.
İdman.Biz xəbər verir ki, Hemilton builki yarışda 142 xalla pilotlar sıralamasında 6-cı yerdədir.
“Onun üçün hər şey nəzarətdən çıxıb. Orada çempion olmaq istəyirdi, amma indi bunu bacarmadığına təəccüblənir. O, yəqin ki, son onilliyin ən yaxşı sürücülərindən biri idi, amma ən yaxşısı deyildi.
Hemiltonun “Ferrari” ilə əməkdaşlığı marketinq layihəsidir. Düşünürəm ki, gələcəkdə o, daha çox moda ilə məşğul olacaq”, - Ekklstoun deyib.
