Şarl Lekler sevgilisi Aleksandra Sen-Mle ilə nişanlanıb

Xəbərlər
3 Noyabr 2025 05:21
49
Şarl Lekler sevgilisi Aleksandra Sen-Mle ilə nişanlanıb

“Ferrari” komandasının 28 yaşlı pilotu, monakolu Şarl Lekler evlənmək qərarına gəlib.

İdman.Biz xəbər verir ki, o, fransız-meksikalı sevgilisi Aleksandra Sen-Mle ilə nişanlandığını açıqlayıb.

Lekler sosial şəbəkə hesabında qısa, lakin emosional paylaşım edib:

“Cənab və xanım Lekler”.

Cütlük 2023-cü ildən münasibətdədir. Aleksandra Sen-Mle, həmçinin incəsənət tarixi ilə maraqlanması ilə də tanınır.

Qeyd edək ki, hazırda Lekler "Formula -1"in pilotlar reytinqində 210 xalla 5-ci pillədə qərarlaşıb. Onun komanda yoldaşı, yeddiqat dünya çempionu Lyuis Hemilton isə 146 xalla 6-cı yerdədir.

İdman.Biz