Hemilton mükafatı Bakıda hədiyyə edib? - FOTO

Xəbərlər
10 Dekabr 2023 15:27
798
Hemilton mükafatı Bakıda hədiyyə edib? - FOTO

Bakıda təşkil olunan Beynəlxalq Avtomobil Federasiyasının (FİA) qala gecəsindən sonra maraqlı hal yaşanıb.

İdman.biz xəbər verir ki, “Mersedes” pilotu Lyuis Hemiltonun layiq görüldüyü mükafatı başqa şəxsə verməsi məlumatı yayılıb.

Hər şey azərbaycanlı Nihad Nəsirlinin sosial şəbəkə paylaşımından sonra meydana çıxıb: “Mən dünən qala gecədə idim. Lyuis Hemilton mükafatı mənə verdi və getdi. İndi o, mənim evimdədir”, - deyə paylaşımda bildirilib.

Britaniyalı pilotun çıxış etdiyi “Mersedes” məsələ ilə bağlı açıqlama yayıb. Açıqlamada Hemiltonun mükafatı hədiyyə kimi heç kimə vermədiyini təsdiq edilib. Bəzi mənbələrdə, Lyuisin tədbiri boykot edərək, mükafatı Azərbaycan paytaxtında qoyub getdiyi bildirib.

Qeyd edək ki, Bakıda keçirilən tədbirdə Hemilton dünya çempionatında 3-cü yeri tutduğuna görə, mükafatlandırlıb.

İdman.biz