Bortoleto Saynsdan üzr istədi: “Onun da yarışını məhv etdim”

4 Oktyabr 2026 23:45
93
Bortoleto Saynsdan üzr istədi: “Onun da yarışını məhv etdim”

“Formula-1” üzrə “Audi” komandasının pilotu Qabriel Bortoleto Bəhreyn Qran-prisində Karlos Saynsla yaşadığı toqquşmaya görə üzr istəyib.

İdman.Biz xəbər verir ki, braziliyalı sürücü yarışın restartından sonra “Williams” pilotu ilə təmas yaşayıb və nəticədə hər iki sürücünün yarışı zərər görüb.

“İlk növbədə Karlosdan üzr istəyirəm. Restart zamanı onunla toqquşdum və həm onun, həm də öz yarışımı korladım. Ön qanadı və bolidin alt hissəsini zədələdim. Bundan sonra nəsə uğrunda mübarizə aparmaq üçün həddindən artıq geridə qaldım”, - deyə Bortoleto bildirib.

“Audi” pilotu yarışın onun üçün uğurlu keçmədiyini də etiraf edib:

“Yarışı təmiz keçirdiyimi deyə bilmərəm. Gün də çətin alındı. İndi Sinqapura yollanmazdan əvvəl bu mərhələdən müsbət nəticələr çıxarmağa çalışacağıq. Ümid edirəm ki, orada yaxşı nəticə qazanacağıq”.

Bortoleto Bəhreyn Qran-prisini 18-ci yerdə başa vurub.

İdman.Biz