Hamilton Alonsonun "Formula-1"-də qalmaq qərarını şərh etdi

3 Oktyabr 2026 07:26
105
Hamilton Alonsonun "Formula-1"-də qalmaq qərarını şərh etdi

"Formula-1"in yeddiqat dünya çempionu Luis Hamilton Fernando Alonsonun “Aston Martin”lə müqaviləsini uzatmaq qərarını şərh edib.

İdman.Biz xəbər verir ki, “Ferrari”nin pilotu 45 yaşlı ispaniyalının yüksək səviyyəsini qeyd edib və onun hazırkı komanda imkanları səbəbindən istedadını tam nümayiş etdirə bilmədiyini bildirib.

“Düzünü desəm, istedad baxımından onunla müqayisə oluna bilən çox az sayda pilot var. Lakin indi o, bunu nümayiş etdirəcək vəziyyətdə deyil”, – deyə Hamilton jurnalistlərlə söhbətində bildirib.

Alonsonun “Aston Martin”lə yeni müqaviləsi 2027-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub. Qeyri-rəsmi məlumatlara görə, ikiqat dünya çempionunun gələn ilki maaşı 38 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Alonso daha əvvəl "Formula-1"-də karyerasını davam etdirmək qərarına hansı məqamın təsir etdiyini də açıqlamışdı.

İdman.Biz