“Red Bull”u təmsil edən 27 yaşlı niderlandlı pilot və dördqat “Formula-1” çempionu Maks Ferstappen “McLaren”in komandanın pilotlarından birini digərindən üstün sayıb-saymaması barədə sualı cavablandırıb.
İdman.Biz-in məlumatına görə, pilot titul uğrunda mübarizənin heç vaxt tam ədalətli olmadığını qeyd edib.
“McLaren” kiməsə üstünlük verirmi? Onların konkret hansısa pilota üstünlük verib-vermədiyini qiymətləndirmək mənim üçün çətindir. Bağlı qapılar arxasında nə deyirlər, bilmirəm, amma Sinqapurda olduğu kimi o qapını açıq qoysanız, oxşar vəziyyətlərlə və tənqidlərlə üzləşə bilərsiniz. Titul mübarizəsi heç vaxt tam ədalətli olmur. Bəzən pis pit-stopunuz olur, bəzən mühərrik xarab olur. Burada tarazlığı saxlamaqda çətinlik çəkirsiniz və bu, bəzən bərabərsizlik yaradır”,- “GrandPrix” nəşri Ferstappenin sözlərindən sitat gətirib.