“Yuventus” – “Borussiya”: Çempionlar Liqasında TARİXİ İKİNCİ HİSSƏ

Xəbərlər
17 Sentyabr 2025 12:54
46
“Yuventus” – “Borussiya”: Çempionlar Liqasında TARİXİ İKİNCİ HİSSƏ

Turində keçirilən “Yuventus” – Dortmund “Borussiya” matçı Çempionlar Liqasının tarixində ən məhsuldar ikinci hissə kimi yadda qalıb.

İdman.biz xəbər verirki, qarşılaşmanın ikinci yarısında komandalar ümumilikdə səkkiz qol vurub.

Matç isə dramatik şəkildə 4:4 hesabı ilə nəticələnib. Bu nəticəyə mərc şirkətləri 151.0 əmsal təklif edirdi.

Birinci hissə qolsuz yekunlaşsa da, fasilədən sonra meydanda tamamilə başqa mənzərə müşahidə olunub. “Borussiya” 53-cü dəqiqədə hesabı açıb. Almanların üç dəfə önə keçməsinə baxmayaraq, “Yuventus” hər dəfə bərabərliyi bərpa edib.

Oyunun həlledici anları artırılmış dəqiqələrdə olub. Əvvəlcə Duşan Vlahoviç, ardınca Llojd Kelli son saniyələrdə qol vuraraq Turin təmsilçisinə möhtəşəm heç-heçə qazandırıblar.

Bununla da Çempionlar Liqasının tarixində ilk dəfə bir oyunun ikinci hissəsində bu qədər çox qol qeydə alınıb.

İdman.biz