“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi

17 Sentyabr 2025 10:11
346
“Qarabağ”ın qələbəsi Azərbaycanı UEFA reytinqində yüksəltdi

Azərbaycan UEFA reytinqində xallarını artırıb.

İdman.biz xəbər verir ki, bu, “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsində “Benfika”nı məğlub etməsi sayəsində rəsmiləşib.

Azərbaycan çempionu Portuqaliya təmsilçisinə 3:2 hesabı ilə qalib gəlməklə ölkə reytinqinə 0,500 xal əlavə edib. Bununla da Azərbaycanın reytinqdəki xalı 21,500-ə yüksəlib və ölkəmiz Slovakiyanı 0,125 xal qabaqlayaraq 25-ci pilləni ələ keçirib.

Qeyd edək ki, reytinqə 95,450 xalla İngiltərə başçılıq edir.

İdman.biz